Evinin qarşısında oynayan 14 aylıq uşaq küçə itinin hücumuna məruz qalıb.
Metbuat.az bildirir ki, hadisə Hindistanda baş verib. İməkləyərək evin önünə gələn Riya Sahu adlı qız uşağı küçə itinin hücumuna məruz qalıb. Səsə gələn qonşular ağır yaralı halda olan uşağı xəstəxanaya aparıblar. Həkimlərin müdaxiləsinə baxmayaraq, uşağın həyatını xilas etmək mümkün olmayıb.
Qeyd edək ki, valideynləri işdə olduğu üçün 14 aylıq uşaq 5 yaşlı qardaşına əmanət olunub. Polis hadisə ilə bağlı araşdırmalara başlayıb.
Bu şəxslər EVLƏNƏ BİLMƏYƏCƏKLƏR? - Hepatitlə bağlı YENİ
TƏKLİF – oxumaq üçün tıklayın!