Yanvarın 1-dən Qida Təhlükəsizliyi Dövlət Agentliyi fəaliyyətə başlayıb.

Agentlik “tarladan süfrəyədək” prinsipi əsasında məhsulun daşıdığı risk səviyyəsinə uyğun olaraq qida məhsulları istehsalının bütün mərhələlərində dövlət nəzarətinin həyata keçirilməsini təmin edəcək. Belə ki, agentliyin fəaliyyətinə qida məhsullarının təhlükəsizliyinə dair normativ tənzimləmə - sanitariya norma və qaydaları, habelə gigiyena normativləri hazırlamaq və təsdiqini həyata keçirmək daxil edilib.

Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov Metbuat.az-a açıqlamasında bildirib ki, Qida Təhlükəsizliyi Agentliyinin Ölkə başçısı tərəfində təsdiq olunmuş əsasnaməsində əhəmiyyətli məsələlər qarşıya qoyulub:

“Qidanın təhülkəsizliyinin təmin olunması, Azərbaycanda istehsal olunan kənd təsərrüfatı mallarının xarici bazara çıxarılması üçün işin aparılması, laboratoriya üçün sertifikatlaşdırma işi və s. Çox ciddi məsələlər dayanıb. Bütün bunlardan qaynaqlanaraq ictimai təşkilat olaraq onlara təmənnasız kömək etmək məqsədilə, eləcə də bir çox layihələrin icraçısı olaraq təhlillər vermişik. Qida Təhlükəsizliyi Agentliyinə laboratoriyalar verilib. Qidanın təhlükəsizliyinin təmin olunması laboratoriyanın komponentlərindən biridir. Müşahidələrim göstərir ki, Qida Təhlükəsizliyi Agentliyi hələlik qidanın təhlükəsizliyinin yalnız gigiyenik aspektlərinə əhəmiyyət verir. Məlumatıma əsasən, Qida təhlükəsizliyi Agentliyinə dərman pereparatları da verilib. Fikrimcə, bu agentliyə tütün məmulatları da verilsin. Çünki elmi bölgüdə tütün məmulatları ərzaq məhsulları sırasında gedir”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Tələbələrə SEVİNDİRİCİ XƏBƏR - Təqaüd dəyərində turlar – OXUMAQ ÜÇÜN TIKLAYIN!