Qadın sünnəti və ya qadın cinsi orqanlarının kəsilməsi dünyanın bir sıra ölkələrində geniş yayılıb.

BMT hesabatlarında "Female genital mutilation" (FGM) adlandırılan bu əməliyyatı gerçəkləşdirənlər qadın sünnəti vasitəsilə "ehtiras və şəhvətin qarşısının alındığını" iddia edirlər.

Milli.Az Discovery-ə istinadən bildirir ki, qadın sünnətinin 2010-cu ildə yasaqlandığı Uqandada pokot qəbiləsindən olan Çepçay Lima 7 yaşında sünnət olunduğu mağaraya yollanıb.

Uqandanın şimal-şərqindəki Katalok kəndinin yaxınlığındakı mağarada ətraf kəndlərdən yüzlərlə qız sünnət olunmuşdu.

BMT hesabatlarınea görə, dünyada 200 milyondan artıq qadın sünnət əməliyyatına məruz qalıb.

Afrikada hər il 3 milyon qız sünnət olunur.

Çapçay Limanın dediyinə görə, mismardan düzəldilmiş "sünnət bıçağı" vasitəsilə o da sünnət edilmişdi.

Milli.Az

Milli.Az-ın ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin