Qışın “oğlan çağı”nı yaşamağımıza baxmayaraq, dağlıq rayonlar istisna olmaqla ölkə ərazisinə qar yağmayıb. Belə havada immun sistemi aşağı düşür, bir çox xəstəliklər, xüsusilə də qrip virusu özünü biruzə verir.

Həkim endokrinoloq Həbibə Mirzəyeva Metbuat.az-a açıqlamasında bildirib ki, belə hallarda ilkin müalicə olaraq vitamin C uğurlu nəticə verir:

“C vitamini həm immun sistemi qoruyucu rolunu oynayır, eyni zamanda virusun toksinlərinin orqanizmdən xaric olmasına kömək edir. Bununla yanaşı olaraq çoxlu maye qəbul olunmalıdır. Əlavə isti su qəbul edilməlidir. Gün ərzində ən azı 3 litr su qəbul edilməlidir ki, orqanizmdə olan toksiki maddələr su vasitəsilə xaric olsun.

Quru öskürəyin səbəbləri...

Quru öskürəyin əsas səbəbi isə virus zədələnməsidir. Yəni, yüngül şəkildə quru öskürək zamanı ağız və burunda olan selikli qişalar virusun toksini nəticəsində zədələnir. Selik ifraz etmə qabiliyyəti pozulduğundan quruma prosesi baş verir. Bu da nəfəsalmada insana çətinlik yaradır. Belə halda burun şarfla 10-15 gün müddətində bağlanmalı, çoxlu isti maye qəbul eləməli, bəzi hallarda burun spreylərindən müvəqqəti olaraq istifadə etməlidir.

Evdə təbii üsullarla müalicəsi...

Evdə təbii üsullarla yaxşı olardı ki, itburnu dəmləməsi içilsin. Lakin bunu 10 gündən artıq etmək olmaz. Vitamin C-nin normadan çox qəbulunun da əlavə təsirləri var. Bədəndəki toksinlərin çıxarılması üçün limonlu çay içilməlidir. Bu proses 3 gündən artıq davam etdirilə bilməz. Çünki tərləyən zaman əlavə minerallar bədəndən çıxdığından, immun sistemi zəif düşür. Bu proses daha çox temperatur yüksək olan zaman edilir”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Çay içə-içə siqaret çəkənlərin NƏZƏRİNƏ - Mütləq oxuyun – Oxumaq üçün tıklayın!