Gözünüzdəki qızartılara DİQQƏT! - Həkimlər XƏBƏRDARLIQ edirlər

Müasir dövrdə kömpüterdən istifadə edilməyən iş tapmaq çətin məsələyə çevrilib. Saatlarla kompüter qarşısında əyləşmək zamanla göz xəstəliklərinin yaranmasına səbəb olur.

Bəs həkimlər bununla bağlı insanlara nə tövsiyə edir?

Oftamoloq Paşa Qəlbinur Metbuat.az-a açıqlamasında bildirib ki, insanlarda göz zəifliyinin artması ekoloji problemlərlə bağlıdır:

“Qida məhsullarında geni dəyişdirilmiş bitkilərdən istifadə olunması, eyni zamanda insanlarda stressin artması, ən əsası isə texnikanın inkişafı bu problemlərin yaranmasına səbəb olur. Kompüter, planşet və telefonların ekranı cihazın verdiyi şüanı tam olaraq saxlaya bilmədiyi üçün insanlarda müxtəlf göz xəstəlikləri yaranır. Bu şüalardan qorunmaq üçün xüsusi göz damcıları və eynəklərdən istifadə olunmalıdır”.

Oftamoloq Rüxsarə Qurbanova uşaqlarda göz zəifliyinin yaranma səbəblərindən danışıb:

“Uşaqlarda isə göz xəstəliklərinin əsas yaranma səbəbi onların televizor, kompüter, telefon və planşetə çox baxmasıdır. Yaxın məsafəyə çox baxmaq nəticəsində göz əzələlərində spazma artır, gərginləşir. Bu səbəblə, uşaqlar uzağı görmədə çətinlik çəkirlər. 3 yaşa qədər olan uşaqlara 15 dəqiqə, 3-6 yaş arası uşaqlara yarım saat, 6 yaşdan yuxarı insanlara 1 saatdan artıq baxmaq olmaz. Zəif görən uşaqlar eynək taxdıqdan sonra yalnız uzaq məsafədən televizora baxa bilərlər. Onlara yaxından baxmaq olmaz. Bəzi uşaqlar yaxşı gördükləri halda vərdiş halını aldığı üçün televizora yaxından baxır. Bu da zamanla göz zəifliyinə səbəb olur. Saatlarla kömputerə baxan işçilər “Antibilik” eynəklərdən (şüadan qoruya eynəklər) istifadə etməlidirlər. Bir saatdan bir 10 dəqiqə fasilə verməklə uzaq məsafəyə baxmalıdırlar”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Gənclər arasında yayılan ürək xəstəlikləri – SƏBƏBLƏRİ – TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR