Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibovun beynəlxalq axtarışa verilməsi təklif edilib. Türkiyə ilə Cənubi Kipr və Yunanıstan arasında Şərqi Aralıq dənizində uzun müddətdir yaşanan gərginlik son günlər daha da artıb. ABŞ Suriya ordusunu hərbi güc tətbiq etməklə hədələyib. Vaşinqton Suriyanın şərqindəki bəzi güclərin Afrinə getdiyini etiraf edib. ABŞ prezidenti Donald Trampın Yaxın Şərq probleminin nizama salınması üzrə planı demək olar ki, hazırdır. KXDR-ə qarşı yeni genişmiqyaslı sanksiyalar tətbiq edilə bilər.

Ermənistanın “Adi soyqırım” təşkilatının rəhbəri Marina Qriqoryan Azərbaycanın keçmiş prezidenti Ayaz Mütəllibov və Milli Qəhrəman Şahin Tağıyevin beynəlxalq axtarışa verilməsini təklif edib. Qriqoryanı belə təkliflə çıxış etməsinə səbəb Azərbaycan Baş Prokurorluğunun Ədalət və Demokratiya Naminə Avropa Erməni Federasiyasının rəhbəri Kaspar Karampetyanın Ermənistan-Azərbaycan sərhədini qanunsuz keçdiyinə görə cinayət məsuliyyətinə cəlb edilməsi barədə qərarı səbəb olub.

“Mən sadəcə təəccüblənirəm ki, niyə bu 30 il ərzində biz Xüsusi Təyinatlı Milis Dəstəsinin komandiri Şahin Tağıyevi beynəlxalq axtarışa verməmişik. O, Azərbaycanın birinci Milli Qəhrəmanı oldu. Bu gün o, İsveçdə rahat yaşayır. Mən dəfələrlə söyləmişəm ki, o, həbsxanada olmalıdır”.

Onun sözlərinə görə, 1990-cı ildə Bakıda qarışıqlıqlar zamanı Azərbaycanın baş naziri olan Ayaz Mütəllibovu da beynəlxalq axtarışa vermək lazımdır.

“Bu yaz həm terror təşkilatları, həm də onları dəstəkləyənlər üçün çox isti keçəcək. Əvvəl Münbiçi təmizləyəcəyik, sonra da “Fərat Qalxanı” bölgəsini təhlükəsiz vəziyyətə gətirənə kimi yolumuza davam edəcəyik. Biz bu yola baş qoyduq, bu yolda başını qurban verməyə hazır olanlar varsa, “meydana gəlin” deyirik”. Bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ədalət və İnkişaf Partiyasının (AKP) vilayət liderləri ilə görüşündə deyib.

Bu səhər etibarilə Suriyanın Afrin bölgəsində 1873 terrorçunun məhv edildiyini və 415 kvadrat kilometrə yaxın ərazinin PYD terror təşkilatından təmizləndiyini deyən prezident Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusunun addım-addım Afrinə doğru irəlilədiyini bildirib.

“Bölgədəki əsas strateji təpələr böyük ölçüdə terrorçulardan təmizlənib. Əməliyyatın bundan sonrakı hissəsinin daha sürətlə davam edəcəyini gözləyirik. Afrinin şəhər mərkəzi tezliklə mühasirəyə alındıqdan və terrorçuların ətrafla təması kəsildikdən sonra yeni bir strategiya ilə hərəkat edəcəyik”, - Ərdoğan söyləyib.

Türkiyə ilə Cənubi Kipr və Yunanıstan arasında Şərqi Aralıq dənizində uzun müddətdir yaşanan gərginlik son günlər daha da artıb. Qaz axtarışları üçün Cənubi Kipr sahillərinə göndərilən İtaliyanın ENİ şirkətinə aid “Saipem 12000” gəmi-platformanın Türkiyənin döyüş gəmilərindən biri ilə toqquşmadan son anda yayına bildiyi ortaya çıxıb.

Xəritəni dəyişdirəcək BÖYÜK MÜHARİBƏ, qeyri-mümkün SXEM... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Müharibəyə səbəb olacaqdı – Hadisənin təfərrüatları ORTAYA ÇIXDI