Suçiçəyi xəstələrinin sayı artıb

Yazın gəlişi ilə əlaqədar müxtəlif xəstəliklər özünü büruzə verməyə başlayır.

Qışda fəaliyyətini dayandıran bir çox viruslar bu dövrdə ortaya çıxır. Onlardan biri də səpgili xəstəliklərdən olan suçiçəyidir. Hazırda məktəblilər arasında bu xəstəlik yayılmağa başlayıb. İmmun sistemi zəif olan uşaqlar hava, damcı yolu ilə bu virusa yoluxa bilirlər.

Respublikanın baş infeksionisti Cəlal İsayev Metbuat.az saytına açıqlmasında bildirib ki, mövsümlə bağlı suçiçəyi xəstələrinin sayı artıb:

“Hazırda şagirdlər arasında kəskin epidemiya halı yoxdur. Lakin qeyd etdiymiz kimi virusa yoluxmuş şəxslərin sayında artım var. Xəstəlik dövründə insan ev şəraitində qalmalıdırlar. Xəstə səpkilər dövründə evdə qalsa, başqalarını da yoluxdurmaz. Virusun yayılmasının əsas səbəbi həmin xəstələrin tam sağalmadan cəmiyyətə qarışmasıdır.

Bu xəstəiyin fəsadı olmamalıdır. İnsan özünü gözləsə, soyuqdan qorunsa, heç bir fəsadı olmur. Bu virus nadir hallarda fəsad verir. Fəsadların yaranmaması üçün xəstəlik dövrünü yataq rejimində keçirmək lazımdır. Onun müalicəsi ilə bağlı ciddi tədbirlər görülmür. Orqanizmin müqavimətini yüksəldən vitamin qurupları qəbul edilməlidir. Çoxlu su içilməli, vitaminli qidalardan – meyvə, tərəvəzlərdən istifadə olunmalıdır. Müddət 2 həfətəyə qədər çəkə bilər. Axrıncı səpki sönəndən sonra xəstə yoluxdurucu olmur. Ondan sonra kollektiv arasına çıxa bilər. Suçiçəyi keçirən adamlarda bu xəstəliyə qarşı immunitet yaranır. Ona görə də, bir dəfə xəstəliyə yoluxan şəxs ikinci dəfə ona yoluxmur.

Suçiçəyinə yoluxmaq hamilə xanımlar üçün təhlükəlidir. Bu virus onlarda hamiləliyin pozulmasına gətirib çıxaran fəsadlar yarada bilər. Ona görə, hamilə və yeni ailə quran qadınlar suçiçəyindən son dərəcə ehtiyatlı olmalıdırlar.

Bəzən suçiçəyindən sonra uşaqlarda qulağının arxasında şiş yaranır. Bu, hansısa səpkinin ifeksiyalaşması ilə bağlıdır. Belə olan təqdirdə, mütləq həkimə müraciət etmək lazımdır”.

Xəyalə Məmmədova / METBUAT.AZ

Həftədə 4 kiloqram arıqlamaq istəyənlər üçün - İnanılmaz PƏHRİZ – TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR