İbrahimoviç "Los Angeles Galaxy"yə keçdi

İbrahimoviç "Los Angeles Galaxy"yə keçdi
04:09 24 Mart 2018
111 Digər
Ölkə mətbuatı
A- A+

“Mançester Yunayted” klubunun isveçli hücumçusu Zlatan İbrahimoviç karyerasını ABŞ-da, "Los Angeles Galaxy" klubunda davam etdirəcək.

 

APA-nın məlumatına görə, bu barədə məlumat klubun “Tvitter” səhifəsində verilib.

 

36 yaşlı futbolçu və klub arasında razılaşmanın detalları hələ ki, açıqlanmır.

 

2016-cı ildə PSJ-dən “Mançester Yunayted”ə keçən, “qırmızı şeytan”ların heyətində 28 matçda 17 qol vuran Zlatan İbrahimoviç bu günlərdə İngiltərə klubu ilə yollarını ayırıb. Cari mövsümdə Z. İbrahimoviç İngiltərə premyer liqasında cəmi 5 oyun keçirib.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/297295

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR