Ekvadorda şəhərlərarası marşrut üzrə hərəkət edən avtobusun aşması nəticəsində 12 nəfər ölüb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, qəza Manabi əyalətində baş verib. 18 nəfərin xəsarət aldığı bildirilir.

Yolun qəza baş verdiyi hissəsi el arasında “ölüm döngəsi” adlandırılır.