OPEK+ sazişinin müddəti yenə uzadıla bilər

Neft hasilatının azaldılması barədə OPEK+ sazişində iştirak edən bir sıra ölkələr sənədin müddətinin daha altı ay uzadılmasını təklif edib.

Metbuat.az bildirir ki, Trend-in məlumatına görə, bunu İraqın neft naziri Cabbar əl-Laibi deyib.

Nazir bu təkliflə hansı ölkələrin çıxış etdiyini açıqlamayıb.

Xatırladaq ki, OPEK və bu quruma daxil olmayan ölkələr 2016-cı ilin sonunda Vyanada neft hasilatının azaldılması barədə razılığa gəlmişdi. Sazişin müddəti iki dəfə uzadılıb. Hazırda bu saziş 2018-ci ilin sonunadək qüvvədədir.

Xərçəngin dərmanı ola biləcək bitki GƏDƏBƏYDƏDİR - Cəmi iki günə.../ VİDEO – TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR