“Ermənistanın zəifləməsi Azərbaycanın gördüyü işlərin nəticəsidir” – Mübariz Əhmədoğlu

“Ordu quruculuğu bu gün də bizim üçün prioritet məsələdir, sabah da prioritet məsələ olacaq. Biz son illər ərzində güclü hərbi potensial yarada bilmişik, o potensial ki, bu gün Azərbaycan Ordusunu dünya miqyasında güclü ordular sırasına daxil edibdir. Bunu beynəlxalq məsələ ilə məşğul olan bütün qurumlar və reytinqlər təsdiqləyir”.

Metbuat.az-ın məlumatına görə, bunu Nazirlər Kabinetinin 2018-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında prezident İlham Əliyev deyib. Dövlət başçısı bildirib ki, bundan sonra da ən müasir silah, sursat, texnika alacağıq ki, daim hərbi üstünlük təmin edilsin, necə ki, bu gün bu, təmin edilir:

“Bu il Azərbaycan Ordusu genişmiqyaslı hərbi təlimlər keçirmişdir. Bu təlimlər bir daha bizim gücümüzü göstərdi, düşməni qorxuya saldı. Bilirik ki, bir neçə gün ərzində onlar panika içərisində idilər, səbirsizliklə gözləyirdilər ki, bu təlimlər başa çatsın. Yəni, bu, artıq reallıqdır, həqiqətdir. Hərbi amil münaqişənin ədalətli həlli üçün mühüm rol oynayır və biz bundan sonra da hərbi potensialımızı gücləndirəcəyik”.

Politoloq Mübariz Əhmədoğlu Metbuat.az-a açıqlamasında qeyd edib ki, prezident ölkədə hər şey haqqında ən çox məlumatı olan, proseslərdən əvvəldən sonra qədər ətrfalı xəbəri olan adamdır: “Bildiyiniz kimi, bütün hərbi təlimlər ölkə prezidentinin əmri ilə reallaşdırılır və onun təlimatına uyğun keçirilir.

Hərbi təlimlərimizin ermənilərdə qorxu hissi yaratmağına gəldikdə isə demək olar ki, doğrudan da Azərbaycanın atdığı addımlar zaman keçdikcə Ermənistana daha çox təsir edir və orada bizim istədiyim kimi effekt yaradır. Bu həm Azərbaycanın gücünün artması, siyasətinin daha da güclü olması ilə, həm də Ermənistanın getdikcə daha da zəifləməsilə əlaqədardır. Bu səbəbdən Azərbaycanın atdığı addımlar, keçirdiyi hərbi təlimlər Ermənistanda elə güclü təsir yaradır”.

Politoloq bildirib ki, Azərbaycan ordusunun keçirdiyi əməliyyatlardan əlavə, hətta son zamanlar Azərbaycanın atdığı siyasi addımları, diplomatik aktivliyi də onlarda panika, qorxu hissi yaradır: “Mart ayında Azərbaycanın diplomatik aktivliyi daha da yüksək olub. Bildiyiniz kimi, Azərbaycana çoxlu sayda qonaq gəldi, eləcə də Türkiyənin nazirləri gəldi, Baş naziri iki dəfə ölkəmizdə oldu. Bakıda Azərbaycan, İran, Türkiyə və Gürcüstan xarici işlər nazirlərinin dörtərəfli görüşü baş tutdu, nəqliyyat, kommunikasiya məsələləri ilə bağlı toplantı keçirilirdi. Bundan başqa, VI Bakı Qlobal Forumu baş tutdu. Bütün bunlardan sonra, Ermənistanda hətta belə şərhlər oldu ki, gərək Ermənistan regiondan sürgün oluna. Azərbaycanın apardığı diplomatik aktivlik elə Ermənistanın regiondan sürgün olunmağının bünövrəsini qoyub. Dediyim kimi, Ermənistan zəiflədikcə, Azərbaycanın atdığı addımlar onlara daha da çox təsir edir. Ermənistanın zəifləməsi Azərbaycanın gördüyü işlərin nəticəsidir”.

Günay Elşadqızı / METBUAT.AZ

“Ayrılan ianələr yenə də Serj Sarkisyanın əlində olacaq” – Tahir Kərimli


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU LAYİHƏNİN DİGƏR YAZILARI