​“Youtube”dən daha bir QADAĞA!

Dünyanın ən böyük videopaylaşım platforması olan “Youtube”də "18+" reklamlar üzə çıxıb.

Metbuat.az bildirir ki, “Youtube” terndlərinə daxil olan videolarda "18+" reklamlarının göstərilməsi sosial şəbəkə istifadəçilərinin narazılığına səbəb olub. İstifadəçilər Pewdiepie, Markiplier ve Dude Perfect kimi böyük kanallarda bu kimi videolarla qarşılaşdıqlarını bildiriblər.

Bununla bağlı şirkətdən verilən açıqlamada bildirilib ki, videopaylaşım palformasının "18+" görüntülərə qarşı siyasəti var. İstifadəçilər tərəfindən şikayətlər gələrsə, araşdırılır və lazım olan tədbirlər görülür.

Qeyd edək ki, məsələni araşdıran şirkət bu reklamların qaynağı olan kanalı bağlayıb.

Mark Zukerberq elə şeylər danışdı ki... - "Peşmanam, səhv etdim, üzr istəyirəm" – TIKLAYIN!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR