Uqandanın Yelizaveta milli parkında leopard polis əməkdaşının 3 yaşlı oğlunu yeyib.

Milli.Az teleqraf.com-a istinadən bildirir ki, bu barədə "The Independet" məlumat yayıb.

Xəbərə görə, insident mayın 4-də baş verib. Uşaq dayənin nəzarətində Edvard gölünün yaxınlığındakı Ovçular evində olub. Qadın evdən çıxan körpəni görməyib. Az sonra uşağın səsini eşidib.

Dayə köməyə çalışsa da, körpəni xilas edə bilməyib. Leopard 3 yaşlı uşağı götürərək gözdən itib.

Axtarışların nəticəsində uşağın başı tapılıb. Rəsmilər Leopardın tutulması və qəfəsdə saxlanılmasına qərar veriblər.

"İnsan əti yedikdən sonra heyvan bunu yenidən etmək istəyəcək",-deyə Dövlət Təbiət Mühafizəsi Təşkilatının nümayəndəsi Başir Hanqi bildirib.

Milli.Az