Avtomobil restoran binasına girdi: ölənlər və xəsarət alanlar var

Avtomobil restoran binasına girdi: ölənlər və xəsarət alanlar var
07:48 21 May 2018
112 Digər
Ölkə mətbuatı
A- A+

ABŞ-ın Şimali Karolina ştatında avtomobil restoran binasına girib.

Publika.az TASS-a istinadən xəbər verir ki, hadisə Bessemer şəhərində baş verib. Qəza nəticəsində 2 nəfər ölüb. Onlardan biri yerli polis şerifinin köməkçisidir. Restorana girən avtomobilin sükanı arxasında isə onun atası olub.

Hadisə zamanı habelə bir neçə nəfər də xəsarət alıb. Onların dəqiq sayı açıqlanmır. Yaralılar xəstəxanaya yerləşdirilib.

Hadisəni törədən şəxs saxlanılıb. Polisin məlumatına görə, sürücü nəqliyyat vasitəsini qəsdən restoran binasına sürüb. Cinayətkarın hadisəni törətməsi səbəbi açıqlanmır.


Xəbərin orijinal ünvanı: http://publika.az/news/abs/241615.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR