Dəfnə yarpağı təmizləyici və aromatik xüsusiyyəti ilə yanaşı sağlamlıq baxımından da olduqca faydalıdır.

Metbuat.az xəbər verir ki, boğaz ağrısından həzm problemlərinə qədər bir çox dərdə dəva olan dəfnə yarpağının faydalarını öyrəndikdə evinizdən əksik etməyəcəksiz.

Dəfnə yarpağı boğaz iltihablanmalarının və öskürəyin qarşısına keçir. Dəfnə yarpağının komponentləri tıxanıqlıq edən yerləri açaraq bakteriyalarla mübarizə aparır.

Təzyiq və stres altında hiss etdikdə bir stəkan dəfnə çayı daha yaxşı təsir bağışlayır. Dəfnə çayının faydalarından biri olan sakitləşdirici təsiri sayəsində asanlıqla yuxuya getmək mümkündür.

Bədəndə artıq dərəcədə üreaz olması səbəbi ilə ortaya çıxan böyrək daşlarının yox edilməsinə kömək edir. Dəfnə yarpağı böyrəklər üçün təbii bir dərmandır.

Dəfnə yarpağı qəbizlik və şişkinlik kimi problemlərə təbii vasitədir. Dəfnə yarpağı istifadə etməklə həzm sistemini tənzimləyəcək və bu problemlərdən tamamilə xilas ola biləcəksiz.

Təbii bir ağrıkəsici təsiri olan dəfnə yarpağı burxulma və oynaqlarda əmələ gələn ağrılara olduqca faydalıdır.

Saç tökülməsi və ya kəpək kimi problemlər ilə qarşılaşanlar üçün də dəfnə yarpağı istifadə etmək bir həll yoludur.

Dəfnə yarpağı tərkibindəki birləşmələr sayəsində ürək divarlarını yaxşılaşdırma və gücləndirmə vəzifəsini yerinə yetirir.

https://metbuat.az/news/957758/iftardan-iki-saat-s...