Model Hayli Bolduin verilişlərdən birinə qonaq olub.

Milli.Az axşam.az-a istinadən bildirir ki, 22 yaşlı model 2 il öncə sevgili olduğu müğənni Castin Biberlə münasibətlərindən danışıb.

Hayli Castini indi də çox istədiyini deyib:

"Yeni ayrılanda danışımırdıq da. Amma hər şeyi unutduq. İndi yaxın dostuq. Onu hələ də çox istəyirəm".

Qeyd edək ki, gənc model aktyor Stefan Bolduinin qızıdır.

Milli.Az