Bu gün səhər saatlarında "BakuBus"a məxsus 6 nömrəli avtobusda texniki problem yaşanıb.
Belə ki, avtobusun qapıları dayanacaqda açılmayıb. Sərnişinlər qapı açılmadığı üçün bir neçə dəqiqə avtobusdan düşə bilməyiblər.
“BakuBus” MMC baş verən hadisəni təsdiq edib. Qurumun mətbuat xidmətinin rəhbəri Qabil Babayev Metbuat.az-a açıqlamasında bildirib ki, 6 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobuslardan birində qapıların açılması ilə bağlı texniki nasazlıq qeydə alınıb:
“Azadlıq prospektində yerləşən dayanacaqda qapıların açılması zamanı yaranan texniki nasazlıq təxminən 2 dəqiqə ərzində aradan qaldırılıb və sərnişinlərin rahat şəkildə avtobusdan düşməsi və həmin nəqliyyat vasitəsinə daxil olması təmin edilib.
Qeyd edək ki, bu hal “BakuBus” MMC-yə məxsus avtobusların qapılarının açılıb-bağlanması prosesinin elektron sistemə bağlı olması ilə əlaqədardır. Belə halları qısa müddətdə aradan qaldırmaq mümkündür”.
Xəyalə Məmmədova / METBUAT.AZ
Qaxda zəlzələ nəticəsində bir neçə məktəbə ziyan dəyib – Nazirlik – TIKLAYIN!