Almaniyadan Türkiyəyə 2016-cı ildə istirahətə gələn 23 yaşlı tibb bacısı burada Mövlud T. Adlı polislə tanış olub. Hadisələr də elə bundan sonra cərəyan edib.

Metbuat.az Türkiyə mediasına istinadən bildirir ki, polislə gənc tibb bacısı arasında yaranan münasibət sonradan sevgiyə çevrilib. Münasibət qız Almaniyaya qayıtdıqdan sonra da davam edib. Sevgisini görmək üçün tibb bacısı dəfələrlə Türkiyəyə gəlib.

Bir müddətdən sonra oğlan qıza evlilik təklifi edib. Ailəsi qarşı çıxsa da, qızın təkidindən sonra razılıq veriblər. Gənc qız nikah tarixini dəqiqləşdirmək üçün İstanbula gəlib. Nikah tarixi bəlli olduğu üçün gənc qız polislə cinsi əlaqədə olub. Bu hadisədən sonra isə cütlük arasında münasibət pisləşib. Oğlan ayrılmaq qərarına gəlib. Evlənmək vədiylə aldadıldığını iddia edən tibb bacısı dəfələrlə intihara cəhd edib. 2017-ci ilin oktyabr ayında dərman içərək intihar etmək istəyib. Həkimlərin müdaxiləsi ilə qızın həyatını xilas etmək mümkün olub. Polis məsələyə qarışdıqdan sonra qızın intihar səbəbi məlum olub. Belə ki, qız intihar edəcəyini öncədən oğlana bildirsə də, oğlan inanmayıb. Əksinə, onu intihara yönləndirib. Son mesajında bu sözləri yazıb:

“İntihar edəndə ailənə xəbər etmə. Dərmanla ölə bilməzsən. İntihar üçün başqa yol seç. Heç kimin səni tapa bilməyəcəyi yerdə öl”.

Sonda məhkəmənin qərarı ilə oğlana 2 ay 19 gün həbs və 600 TL pul cəzası verilib.

DİQQƏT: Yağış yağacaq, şimşək çaxacaq - Proqnoz açıqlandı – TIKLAYIN!