“Kids Studio Uşaq Mərkəzi”ndə tərbiyəçinin uşağa qarşı zorakılığı ilə bağlı yayılan video görüntülər əsasında cinayət işi açılıb. Artıq tərbiyəçisi Füruzə Tağıyeva şübhəli şəxs qismində saxlanılıb və istintaqa cəlb edilib.

Metbuat.az-a açıqlama verən hüquqşünas Tağı Hüseynov bildirib ki, baş verən xoşagəlməz hadisə ilə bağlı tərbiyəçini mütləq cəza gözləyir:

“Şiddət yaşından asılı olmayaraq bir nəfərə qarşı törədilərsə, həmin şəxsə 2 ilə qədər islah işləri verilir, yaxud da ona 2 ilə qədər azadlıqdan məhrumetmə cəzası tədbiq olunur. Cinayət Məcəlləsinə görə, yetkinlik yaşına çatmayanlara qarşı şiddət tədbiq edən şəxsi 2 ildən 5 ilə qədər azadlıqdan məhrumetmə cəzası gözləyir. Onun başqa çıxış yolu yoxdur”.

Qeyd edək ki, iyunun 11-də “Kids Studio Uşaq Mərkəzi”ndə tərbiyəçinin azyaşlılarla kobud davranması və onları döyməsi ilə bağlı videokadrlar yayılıb.

Xəyalə Məmmədova / METBUAT.AZ

Yeni ət kəsimi və satışı sahibkarların iştirakı ilə təşkil olunacaq - AQTA AÇIQLADI – Tıklayın!