Müğənni Afaq Aslan efirdə özündən çıxıb.

Metbuat.az xəbər verir ki, ARB TV-nin “Düz bazar” verilişinin qonaqlarından biri də Afaq Aslan olub. Veriliş əsanasında söhbət əxlaqsızlıqdan, əxlağın geyimlə ölçülməsindən düşərkən müğənni özündən çıxıb.

“Bəli, bu mənim şəxsi fıkrimdir. Geyim əxlaq ölçüsü deyil. Əgər geyim əxlaq ölçüsü olsaydı həyat tərzi bərbad vəzıyyətdə olan, qucaqdan qucağa atılan, damağından siqaret, agzından söyüş düşməyən, evli kişilərin ailələrini dağıdan, onun-bunun sevgilisini əlindən alan və sonra da qapalı geyinib efirdə yalançı göz yaşlayrıyla insanlara sevgı dərsi keçənlər dünyanın ən pak və ən təmiz insanları olardılar. Kameraların işığını görən kimi obraza girib tamaşaçını aldatmağa nə var axı. İnsan gərək həyatda özü- özünü aldatmasın. Atalar əbəs yerə deməyib, “Ya olduğun kimi görün, ya da göründüyün kimi ol.”

Müğənni efirdə 2 dəfə boşanmasından danışdı - VİDEO - Oxumaq üçün tıkla