DÇ-2018: 1-ci turun son oyunları, Salah meydana çıxır

DÇ-2018: 1-ci turun son oyunları, Salah meydana çıxır
10:03 19 İyun 2018
74 İdman
Ölkə mətbuatı
A- A+

Rusiyadakı dünya çempionatı davam edir.

Publika.az xəbər verir ki, bu gün daha 3 görüş keçiriləcək. Bununla həm qrup mərhələsində ilk tura yekun vurulacaq, həm də ikinci tura start veriləcək.

H qrupunda Kolumbiya Yaponiya ilə, Polşa isə Seneqalla qarşılaşacaq,

Günün son duelində isə 2-ci turun ilk görüşü oynanılacaq. A qrupunun açılış matçında Səudiyyə Ərəbistanını darmadağın edən Rusiya ilk ciddi sınağını Misirə qarşı verəcək. Məhəmməd Salahın yoxluğunda Uruqvaya yenilən Misir yığması bu dəfə mütləq qalib gəlməlidi. Meydan sahibləri isə qələbə qazanmaqla 1/8 finala vəsiqəni əldə edə bilər.

DÇ-2018. 1-ci tur

19 iyun

H qrupu

16:00. Kolumbiya – Yaponiya

Hakimlər: Damir Skomina, Yure Paprotnik, Robert Vukan (hamısı Sloveniya), Mehdi Abid Şarif (Əlcəzair)

Saranks, “Mordoviya Arena”

19:00. Polşa – Seneqal

Hakimlər: Navaf Şükrülla, Yasir Tulefat (hər ikisi Bəhreyn), Tolib əl-Marri, Abdulrahman əl-Cassim (hər ikisi Qətər)

Moskva, “Spartak” stadionu

A qrupu

22:00. Rusiya – Misir

Hakimlər: Enrike Kaseres, Eduardo Kardoso, Xuan Zorrilla (hamısı Paraqvay), Cüneyt Çakır (Türkiyə)

Sankt-Peterburq, Şəhər stadionu


Xəbərin orijinal ünvanı: https://publika.az/news/idman/244747.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR