Rusiya millisi inamla irəliləyir -

Bu gün dünya çempionatında ilk tura yekun vurulub.

Metbuat.az-ın məlumatına görə, H qrupunda iki oyun keçirilib.

Qrupun ilk matçında Kolumbiya və Yaponiya milliləri üz-üzə gəlib. Cənubi Amerika təmsilçisi matçın favoriti hesab olunsa da, sonda qələbəni asiyalılar bayram ediblər.

Qrupun digər oyununda Polşa Seneqalla qarşılaşıb. Levandovski-Mane mübarizəsi adlandırılan görüşdə Avropa təmsilçisi rəqibinə 1:2 hesabı ilə uduzub.

A qrupunda isə 2-ci tura start verilib. Meydan sahibləri Rusiya millisi Misirlə qarşılaşıb. Ruslar ilk turda Səudiyyə Ərəbistanına 5 cavabsız qolla qalib gəlibsə, Məhəmməd Salahın çıxış etdiyi Misir yığması Uruqvaya uduzub - 0:1.

Rusiya millisi Afrika təmsilçisi ilə görüşdə də qələbə qazanıb. İkinci hissənin əvvəlində meydan sahibləri 3 top fərqi ilə keçiblər. Misirin gücü yalnız mundialda debüt edən Salahın penalti qolu ilə fərqi azaltmağa çatıb.

2 turdan sonra 6 xalı olan Rusiya millisi böyük ölçüdə 1/8 finala vəsiqə qazanıb. Bunun rəsmiləşməsi üçün sabah Uruqvay Səudiyyə Ərəbstanıya uduzmamalıdır.

19 iyun

DÇ-2018

A qrupu

2-ci tur Rusiya - Misir - 3:1
Qollar:
Fathi, 47-avtoqol (1:0), Çerışev, 59 (2:0), Dzyuba, 62 (3:0), Salah, 73 (3:1)
Hakimlər: Enrike Kaseres, Eduardo Kardoso, Xuan Zorrilya (hamısı Paraqvay), Cüneyt Çakır (Türkiyə).


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR