Yaponiya millisi dünya çempionatındakı ikinci oyunda Seneqalla heç-heçə edib - 2:2.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Asiya təmsilçisini məğlubiyyətdən sonradan meydana daxil olan Keysuke Honda xilas edib. Onun sona 12 dəqiqə qalmış fərqlənməsi Yaponiya yığmasına 1 xal qazandırıb.

Bu qolla Honda Yaponiya futbolu tarixinə düşüb. Belə ki, sabiq "Milan"lı ardıcıl 3 dünya çempionatında qol vuran ilk yapon futbolçudur.

Qeyd edək ki, 32 yaşlı futbolçu DÇ-2010-da 2, ötən mundialda isə 1 qol vurub

Milli.Az