Futbol üzrə Meksika yığmasının baş məşqçisi Karlos Osorio istefa verib. Trend-in məlumatına görə, bu barədə Meksika Futbol Federasiyası bildirib.

Onun rəhbərliyi altında Meksika millisi Rusiyada keçirilən Dünya Çempionatında iştirak edərək pley-off-da 1/8 final mərhələsində Braziliya millisinə məğlub olaraq mübarizəni dayandırdı.

Osorio Meksika millisini 2015-ci ildən başçılıq edirdi. Onun rəhbərliyi altında komanda 52 matç keçirib, onlardan 33 dəfə qalib gəlib, 10 dəfə heç-heçə edib və 10 dəfə məğlub olub.

İyulun 30-na manatın məzənnəsi - RƏSMİ - Oxumaq üçün tıkla