Azərbaycan səhnəsində yeni Leyli və Məcnun (FOTO)

Azərbaycan səhnəsində yeni Leyli və Məcnun (FOTO)
18:36 12 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

2005-ci ildə Muğam televiziya müsabiqəsinin laureatları olmuş xanəndələr Arzu Əliyeva ilə Elnur Zeynalov 18 yanvar tarixində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsinə ilk dəfə "Leyli və Məcnun" kimi çıxacaqlar.

ANS PRESS-in məlumatına görə, librettosu dahi Üzeyir Hacıbəyliyə məxsus olan üç pərdəli operanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Hafiz Quliyevdir.

Səhnəyə qoyulmasından 107 il ötən operanın quruluşçu ressamı Rafiz Ismayilov (xalq rəssamı, dövlət mükafati laureatı), xormeysteri Sevzixan Serderov, baletmeysteri əməkdar incəsənət xadimi Yulana Əlikişizadədir.
Əməkdar artist İsmayıl Ələkbərovun idarə edəcəyi tamaşada Nofəl obrazını Cahangir Qurbanov, İbn-Salamı əməkdar artist Təyyar Bayramov, Leylinin anasını Aytən Məhərrəmova, Leylinin atasını əməkdar artist Nizami Bağırov canlandıracaq.

Tamaşanın dirijoru əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.

Qeyd edək ki, Arzu Əliyeva və Elnur Zeynalova həm də teatrının solistləri kimi fəaliyyət göstərirlər.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=34&nid=319229

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR