“Paşinyanın səfəri Vaşinqtonda suallar doğuracaq”

“Nikol Paşinyan baş nazir seçiləndə çıxışında Rusiyadan çox İranın adını çəkmiş, bu dövlətlə əlaqələrin inkişafı zərurətini vurğulamışdı. Ona görə də Paşinyanın İrana səfəri gündəmə gəlib. Sadəcə, Paşinyan vaxtı uyğunsuz seçilib”.

Metbuat.az xəbər verir ki, bunu SİA-ya açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

“Birincisi, Paşinyan sentyabrda Nyu-Yorkda BMT sessisyası çərçivəsində ABŞ prezidenti Donald Trampla görüşmək istəyir. Trampla görüşdən əvvəl Paşinyanın Ağ Evin əsas düşmənlərindən biri olan İrana səfəri Vaşinqtonda suallar doğuracaq. İkincisi, İran iqtisadiyyatı ağır günlər yaşayır, rial sürətlə dəyərdən düşür, inflyasiya və işsizlik artır. Yəni Tehran istəsə belə Ermənistanla iqtisadi əməkdaşlığı genişləndirə bilməyəcək, keçmişdə vəd etdiyi layihələri maliyyələşdirə bilməyəcək. Paşinyanın İrana səfəri daha çox Tehrana lazımdır ki, təcriddə olmadığını nümayiş etdirə bilsin”, - deyə, E.Şahinoğlu fikirlərini tamamlayıb.

Hüseyn Əzizoğlu ilə vaynlara çəkilən modeldənSEKSUAL FOTOLAR - Oxumaq üçün tıkla



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR