Gədəbəy sakini barmaqlarının köməyi ilə 20-dək mahnı ifa edir - VİDEO

Balaca vatxdan heyvan otaran 74 yaşlı Gədəbəy sakini barmaqlarının köməyi ilə 20-dək mahnı ifa edir. Səsləndirdiyi musiqilərin hamısı da sevgi, ayrılıqdan bəhs edir. Ən çox sevdiyiisə "sona bülbüllər" xalq mahnısıdır.

Metbuat.az xəbər verir ki, Gədəbəyin Moruqlu kənd sakini 74 yaşlı Ağamməd Rzayev uşaq vatxdan ilk məhəbəttinə qovuşmadığı üçün qəmli musiqilər ifa etməyə başlayıb. Sonralar bu bacarığını təkmilləşdirən qoca aşiq hələ dəifa etdiyi musiqilərdə ilk məhəbbətini axtarır. Günü-gündən də bu bacarığını daha da inkişaf etdirməyə çalışır.

Ağamməd Rzayev, daha çox Qədir Rüstəmovun ifasında dinlədiyimiz "Sona bülbüllər" mahnısını fitlə səsləndirərək bu gün də özünə təskinlik verir. Hərdən məhəbbət yanğısını sazın simlərinə də köçürür. Özünü aşıq adlandırmasa da 30-dan çox hava ifa edir. Sazda da daha çox qəmli mahnılar ifa edir.

Onun musiqiləri ilə əylənənlərin sayı çoxdur. Sazı çiynində istirahət zonalarını gəzən Ağamməd Rzayev qazancından da qalmır.

İlqar Məmmədov azadlığa BURAXILDI - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR