Aparıcı Xoşqədəm Hidayətqızı müğənni əri Doğuş ilə birlikdə Türkiyənin "Söylemezsem olmaz" proqramına qonaq gedib.

Milli.Az axşam.az-a istinadən bildirir ki, "Beyaz TV"də yayımlanan verilişə qəfildən gələn cütlük aparıcıları təəccübləndirib.

Doğuş Bakıya tez-tez gedib-gəldiyini söyləyib:

"Uşaqları yanıma gətirdim, Türkiyədə mənimlə yaşayacaqlar. Seriala çəkilirəm. Orada Orxan obrazını canlandırıram".

Milli.Az