Fəlakət görün bu dəfə nə etdi - FOTOLAR

Aktyor Elşən Orucov (Fəlakət) tamaşaçılarını sevindirəcək.

Metbuat.az xəbər verir ki,son zamanlar sosial şəbəkələrdə aktyor Elşən Orucovun canlandırdığı, milyonların sevimlisi "Fəlakət" obrazını müxtəlif illustrasiyalarda görürük. Gözəl və kreativ təqdim olunmuş şəkillərdə, "Fəlakət" Eskobardan tutmuş, müğənni Hadisəyə qədər müxtəlif mimik ifadələrlə sosial gündəmdə çox müzakirə olunur. Məsələnin mahiyyətini öyrənmək üçün @felaketfilm səhifəsinin adminləri ilə əlaqə saxlayıb, bu posterlərin reklam xarakterini daşıdığını öyrəndik. Siz deməyin bu posterlər ArtFilmBaku tərəfindən ərsəyə gəlmiş Fəlakət bədii komediya filminin nəhəng PR strategiyasının ilk addımlarıdı. Fəlakət adlı bədii film bu payız tamaşaçıların ixtiyarına buraxılacaq. Filmin ilk tizeri isə yaxın günlərdə Fəlakət sevərlərə təqdim olunacaq.


Pərvinin uşaqlıq fotosunu görənlər: "Oğlana oxşayırsan"- Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR