Dollar və avroda rekord

Dollar və avroda rekord
15:56 24 Aprel 2015
50 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyədə dollar və avro yenidən bahalaşıb.

ANS PRESS-in məlumatına görə, avro və dollar Türkiyə milli valyutası - lirə qarşısında tarixi ucuzlaşma ilə yeni bir rekorda imza atıb. Avro 2,97 lirəni ötərək 2014-cü ilin dekabr ayından bu yana ən yüksək səviyyəyə çıxıb.

ABŞ dolları isə bu səhər birjalarda günə 2,70 lirəni ötüb. Daha sonra yüksəlişə keçən məzənnə 2.73-ü ötərək rekord qırıb.

Xatırladaq ki, iki gün öncə Türkiyə Mərkəzi Bankının Pul Siyasəti Heyəti gözlənilən iclasını keçirib. Dolların ötən həftə ard-arda qırdığı rekordlardan sonra Mərkəz Bank faiz qərarını açıqlayıb.

Türkiyənin baş bankı iclasda lirənin əsas faiz dərəcəsini dəyişdirməyib. Faiz dərəcələri maksimum 10.75%, minumum isə 7.25% olaraq müəyyən olunub. Bu qərardan sonra dollar və avronun məzənnəsi sürətlə bahalaşmağa başlayıb.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=21&nid=340198

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR