"Başım dərddədir. Mənə hədə-qorxu gəlirlər. Mənim başıma bir iş gəlsə... Əslində, özüm üçün qorxmuram. Qorxsaydım, buradan açıq-açıq danışmazdım. İki körpə balam var, mən onlar üçün qorxuram. Onlarsız yaşaya bilmərəm".
Publika.az xəbər verir ki, bu sözləri aparıcı “Səni axtarıram” verilişinin aparıcısı Xoşqədəm Hidayətqızı verilişdə etiraf edib. O bildirib ki, 1 ildir Dubayda yoxa çıxan Hacıyev Elçin Elşad oğlu ilə bağlı Birləşmiş Ərəb Əmirliyinə qədər gedib axtarışlar apardığı üçün həyatı təhülkədədir. Ölümlə təhdid olunan aparıcı söyləyib ki, məsələ ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. O, "Mənim həyatım təhlükədədir. Əgər başıma bir iş gəlsə, bu insanlardan bilin", - deyə sözlərinə əlavə edib.
Aparıcı bildirib ki, Elçinin yoxa çıxmağında böyük bir dəstənin əli var.