Türkiyənin nəhəng layihəsi İstanbul 3-cü hava limanının açılmasına sayılı saatlar qalıb.
Metbuat.az Türkiyə mediasına istinadla bildirir ki, bu gün prezident Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə açılışı olacaq 3-cü hava limanının açılış mərasiminə bir çox dövlət başçısı və nazirlər də qatılacaq.
Bu gün hava limanının 90 milyon sərnişini əhatə edən ilk fazası fəaliyyətə başlayacaq. Hava limanının terminal böyüklüyü 1.3 milyon kvadratmetr, ümumi tikinti sahəsi isə 76.5 milyon kvdrtmetrlik bir sahə üzərində qurulub. Bütün fazalar tamamlandıqda 3-cü hava limanı 6 uçuş meydanı, 500 təyyarəni əhatə edən ərazisi vəillik 200 milyon sərnişini ilə dünyanın ən böyük hava limanı olacaq.
Atatürk hava limanının daşınmasından sonra gündə 2 min təyyarənin eniş-uçuş edəcəyi yeni hava limanında 350-dən çox ünvana uçuş olacaq və 250 havayolu şirkətinə xidmət edəcək.
