Bu şəhərdə hər şey mavi rəngdədir

Şafşavan şəhəri Mərakeş sərhəddi daxilində yerləşən və əhəmiyyətli turizm mərkəzlərindən biridir.

Metbuat.az xarici mediaya istinadla bildirir ki, Şimali Afrikanın ən qərbində, Aralıq dənizi ilə Atlantk okeanın birləşdiyi yerdə yerləşən Mərakeş Kazablanka kimi məşhur turistik yerlərlə yanaşı son dövrlərdə daha çox tanınan Şafşavan kimi yerlərə də sahibdir.

Adı ərəb dilində buynuz mənasını verən bu şəhər Mərakeşin şimal-qərb hissəsində yerləşir.

Şafşavan şəhərinin bu qədər məşhur olmasının səbəbi isə əsrlərə söykənən quruluşlarla yanaşı bu gözəl yerli memarlıq nümunələrinə sahib olan evlərin tamamilə maviyə boyanmasıdır. Bəzilərinin fikirlərinə görə, evlərin bu rəngdə olması sadəcə bir ənənədir. Daha çox yayılmış inanca görə isə 1930-cu illərdə Hitler idarəsinin zülmünən qaçaraq Şafşavana köçən yəhudilər evlərini maviyə boyamağa başlayıb. Bunun səbəbi isə mavi rəngin göy üzünü və cənnəti simvolizə etməsi idi. Çox keçmədən yerli xalq da bu tətbiqi mənimsəyib və şəhər bu günə qədər masmavi hala gəlib.

Yay aylarında həddindən çox isti olduğu üçün Şafşavanı görmək üçün ən ideal dövr yaz və payız aylarıdır.

Image result for şafşavan şehri

Image result for şafşavan şehri

Image result for şafşavan şehri

Image result for şafşavan şehri


http://matbuat.az/news/1052002/victorias-secret-in...


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR