Xoşqədəm Hidayətqızı bir aylıq məvacibini aparıcısı olduğu "Səni axtarıram" verilişində müalicəsi üçün pul yığılan 3 yaşlı Mələk adlı uşağa bağışlayıb.
Milli.Az ölkə.az-a istinadən bildirir ki, o, bu barədə canlı yayımda bildirib:
"Bu aylıq məvacibimi - min manatı Mələyin müalicəsi üçün bağışlayıram. Digər əməkdaşlarımız da müəyyən məbləğdə kömək ediblər. Dəstək olan hər kəsə təşəkkürümü bildirirəm".
Qeyd edək ki, Mələk adlı qız ürək çatışmazlığından əziyyət çəkir.
Milli.Az