ARB TV-nin “Səhər-Səhər” verilişinin növbəti qonağı
taekvando üzrə 3 qat dünya və 2 qat Avropa çempionu Aynur Məmmədova
olub.
Publika.az xəbər verir ki, Aynur Məmmədova
əlilliyinə görə yaşadığı sıxıntılı günlərdən söz açıb:
“Mən dünyaya gələndə sağ əlimdə problem olub. Cəmiyyətdə əliliyi
olan uşaq dünyaya gələndə düşünürlər ki, bu uşaq böyüyüb nə olacaq?
Hətta mənim valideyinlərim deyib ki, bunun yaşamağındansa,
yaşamamağı yaxşıdır. Mən üzümü tutub valideyinlərə demək istəyirəm
ki, belə uşaqlar doğulanda heç vaxt ruhdan düşməsinlər. Bəlkə də,
mənim 2 əlim olsaydı bu naliyyətləri qazanmamışdım ”.
Verlişə qonaq olan müğənni Nadir Qafarzadə isə dünya çempionunun bu
açıqlamasından təsirlənərək efirdə göz yaşlarını gizlədə
bilməyib.