Nadir Qafarzadə oğlumun sayəsində populyarlaşdığını deyib.
Publika.az xəbər verir ki, ARB TV-nin “Show
news” verilişinin növbəti müsahibi Nadir Qafarzadə olub.
İfaçı oğluna görə qızların hücumuna məruz qaldığını etiraf
edib:
“Artıq oğlumun sayəsində populyar olmağa başlayıram. Çox yazırlar.
Azərbaycanda Hindistan adət-ənənəsi başlayıb. Qızlar oğlana elçi
düşürlər. Sakit olun, onsuz da bir nəfər olacaq. Kimin bəxtinə
düşəcəksə düşəcək. Mən gənc vaxtımda baba olmaq istəyirəm. Qayınata
olmaq istəyirəm”.