Salyanda iki qardaş qohumları tərəfindən bıçaqlanıb

Dünən axşam saatlarında Salyan şəhərində bıçaqlanma hadisəsi baş verib.

Metbuat.az report.az-a istinadən xəbər verir ki, şəhərin M.F.Axundov küçəsində yaşayan 1983-cü il təvəllüdlü Hənifəyev Əfzələddin Tahir oğlu və onun 1989-cu il təvəllüdlü qardaşı Hənifəyəv Elnur bıçaq xəsarətləri ilə Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

Xəsarətlər yüngül olduğundan Travmatologiya şöbəsində onlara ilkin tibbi yardım göstərilib. Hər iki qardaşın qohumu tərəfindən bıçaqlandığı bildirilir. Hadisənin səbəbi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Sabah hava belə olacaq - Proqnoz açıqlandı - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR