"Liverpul"un futbolçusu Məhəmməd Salah "Zalsburq"un israilli futbolçusu Munas Dabburun İngiltərə klubuna transferinə qarşı çıxıb.
Metbuat.az-ın Qol.az-a istinadən yaydığı xəbərə görə, misirli hücumçu klub rəhbərliyini bu transfer gerçəkləşəcəyi təqdirdə, "Liverpul"dan ayrılacağı ilə bağlı təhdid edib.
Salahın M.Dabburu Misirlə İsrail arasında yaxşı olmayan siyasi münasibətlər səbəbindən komandada görmək istəmədiyi iddia olunur.
Qeyd edək ki, 26 yaşlı futbolçu hələ İsveçrə "Bazel"ində çıxış edərkən "Makkabi" (Tel-Əviv) ilə oyunda israilli futbolçuların əlini sıxmaqdan imtina edib.