Bakıda hündürmərtəbəli binada paltaryuyan alışdı və... - VİDEO

Bakının Binəqədi rayonunda çoxmərtəbəli yaşayış binasında baş verən yanğının görüntüləri yayılıb.

Metbuat.az-ın Trend-ə istinadən məlumatına görə, binanın 6-cı mərtəbəsindəki mənzildə baş verən yanğına səbəb həmin mənzildəki paltaryuyan maşının alışması olub. FHN-nin verdiyi məlumata görə, hadisə nəticəsində ümumi sahəsi 85 kv.m olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları və əşyaları 16 kv.m sahədə, eyvanında quraşdırılmış məişət avadanlığı və qaz sayğacı yanıb, dəhlizinin divar üzlüyü 6 kv.m sahədə qarsalanıb.

Yanğın zamanı 20 nəfər yanğınsöndürənlər tərəfindən təxliyə edilib, xəsarət alan olmayıb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR