Qazaxlarla ermənilər arasında kütləvi dava -

Qazaxıstanın Karaqanda şəhərində ermənilərlə qazaxlar arasında dava-dalaş ölümlə nəticələnib.

Metbuat.az Modern.az-a istinadən xəbər verir ki, hadisə yanvarın 2-nə keçən gecə Karaqandadakı "Qədim Roma" restoranında baş verib. 23 yaşlı gənci qətlə yetirilməsi ilə nəticələnən davaya görə Toqrom Malxasyan, Soxak Malxasyan və Kair Nadırbekov saxlanılıb, qətli törədən Narek Qurquryan isə axtarışa verilib.

1 nəfərin öldüyü, daha 3 nəfərin isə müxtəlif dərəcədə yaralandığı olayı ermənilər törədiblər.

Hüquq-mühafizə orqanları Qazaxıstan Cinayət Məcəlləsinin 99-cu (qətl) və 293-cü (xuliqanlıq) maddələri ilə cinayət işi açıblar.

Hazırda istintaq aparılır. Artıq münaqişə iştirakçılarından 3 nəfər saxlanılıb, 1-i isə axtarılır.

Sosial şəbəkələrdə bu münaqişənin millətlərarası təməl üzərində qurulduğu qeyd edilir. Bildirilir ki, olay qazax və erməni milliyətindən olan iki qrup arasında baş verib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR