Məşhur xəbər aparıcısı evləndi -

Türkiyənin “HaberTürk” kanalının məşhur xəbər aparıcı Ceren Bektaş ailə qurub.

Metbuat.az “Ölkə.Az”-a istinadən xəbər verir ki, aparıcı iş adamı Gökçə Atuka ərə gedib. Cütlük ailə arasında sadə bir nikah mərasimi ilə ulduzlarını birləşdirib.

Ceren bu xəbəri sosial şəbəkədə paylaşıb:

“Çox yaraşıqlı, çoxbilmiş sevgilim Gökçə bəylə evləndik. Hekayənin əvvəlini və sonrasını yayımlayacağam”.

Bektaş bildirib ki, illər boyu canlı yayıma çıxsa da, toydakı qədər həyəcanlanmayıb.

Qeyd edək ki, cütlüyün sevgisi ilk görüşdən başlayıb. Bir sıra çətinliklər olsa da, Ceren və Gökçə buna sinə gərib və evlənib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR