ABŞ-ın “Medikal Ekspress” nəşri uzun ömürlülüyün sirlərini araşdırıb. Məlum olub ki, nəsildə qohumların uzun ömür sürməsi digər ailə üzvlərinin də çox yaşamaq şansını artırır.
Metbuat.az-ın məlumatına görə, elm adamları son 3 əsrdə yaşamış 20 min ailənin məlumatlarını araşdıraraq, belə qənaətə gəliblər. Hər iki valideyn uzun ömür sürərsə, onların övladlarının erkən ölüm riski 30 faiz azalır.
Maraqlıdır ki, ikinci dərəcəli ailə üzvləri uzun ömürlü olan şəxslərin erkən ölüm riskinin daha az olduğu üzə çıxıb.
Sübhan / METBUAT.az