"13-15 yaş gənclər arasında tütünçəkmə halları müşahidə edilib"

"Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, Azərbaycanda tütündən istifadədə azalma müşahidə edilir".

Metbuat.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) Əhalinin Sağlamlıq Şöbəsinin müdiri Tofiq Musayev deyib.

O, bildirib ki, buna səbəb qanunvericiliyin təkmilləşdirilməsi və əhalinin sağlamlığının qorunması sahəsində görülən tədbirlərdir. Şöbə müdiri bildirib ki, aparılan tədqiqatlar nəticəsində 10 faizədək 13-15 yaş gənclər arasında tütünçəkmə hallarına rast gəlinib. Bu göstərici qonşu ölkələrlə eynidir.

T.Musayev əlavə edib ki, tütündən imtina üçün maarifləndirici tədbirlər davam etdirilir. ÜST-ün dəstəyi ilə "Tütündən imtina et" adlı mobil aplikasiya hazırlamışıq. Gənc nəslin sağlam böyüməsi və inkişafı, tütün məmulatlarından istifadənin və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirlərinin azaldılması üçün bu əlavənin faydalı olacağına inanırıq"-deyə Tofiq Musayev bildirib.

Aysel Yaqubqızı / Metbuat.az

Foto: Müzəffər İsmayılov


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR