Nazirlik işəgötürən şirkətlərə xəbərdarlıq etdi

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanvarın 16-dan başlayaraq ölkə ərazisində ifrat təhlükəli hidrometroloji hava proqnozu ilə bağlı işəgötürənlərə müraciət edib.

Metbuat.az trend.az-a istinadən xəbər verir ki, bu barədə nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Fazil Talıbov bildirib.

Qurum sözçüsü bildirib ki, nazirlik həmin günlərdə ölkə ərazisində açıq hava altında işləməyin təhlükəli olması barədə bütün işəgötürənlərə məlumat verib: "Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanvarın 16-dan 18-dək ölkə ərazisində ifrat təhlükəli hidrometroloji hava proqnozu verdiyi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu barədə lazımi tədbirlər görüb. Bütün işəgötürənlərə xəbərdarlıq edilib ki, bu şəraitdə açıq havada işləmək məsləhət deyil".

"18 yaşımda iki dəfə məhkəməylə hədələnmişəm" - Sənan Şəfizadəylə MÜSAHİBƏ - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR