Güclü külək Bakıda Heydər Əliyev Beynəxalq Aeropotunun işinə təsir etməyib

Bakıda müşahidə olunan güclü külək Heydər Əliyev Beynəlxalq Aeroportunun işinə təsir etməyib.

Bu barədə Metbuat.az-a Heydər Əliyev Beynəlxalq Aeroportunun mətbuat xidmətindən məlumat verilib.

Məlumatda deyilir ki, hazırda təyyarələrin uçuşu qrafikə uyğun həyata keçirilir.

Xatırladaq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bu gün və sabah ölkə ərazisində xüsusi təhlükəli hidrometeoroloji hadisənin olacağı haqqında xəbərdarlıq edib. Bununla bağlı dövlət qurumları gücləndirilmiş iş rejimində çalışır.

Günün qoroskopu - İradlar və tənqidlərdə ifrata varmayın - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR