Xolesterini aşağı salır, evdə hazırlayın -

Xolesterin, bir lipid, yəni bir yağ növüdür. Heyvan mənşəli qidalarda və bütün hüceyrələrdə olan şam quruluşunda yağ kimi maddələrdir. Yüksək xolesterin isə LDL-nin yəni neqativ xolesterinin qanda yığılmasıdır. Qanda ümumi xolesterin və negativ xolesterinin yüksək olması, HDL (yaxşı) xolesterinin az olması, insan üçün risk amilidir. Qanda həddindən artıq miqdarda olan xolesterin yavaş-yavaş damar divarında yığılır və infarkt, iflic, damar keçilməzliyi, böyrək çatışmazlığı kimi xəstəliklərin əmələ gəlmə riskini artırır.

Həkim-fitoterapevt Sadıq Salami Metbuat.az-a xolestrini aşağı salan vasitələrdən danışıb.

Həkim bildirib ki, alma sirkəsi, bal və su qarışımı əla vasitədir. Qarışımı hazırlamaq üçün bir stəkan suya bir xörək qaşığı alma sirkəsi, bir çay qaşığı bal əlavə edib, səhərlər acqarına içirlər.

Həkim, "2 ədəd limon yuyulur, tumları çıxarılıb ət maşınından keçirilir, sarımsaqlar təmizlənib ət maşınından keçirilir, daha sonra zəncəfil yuyulub ət maşınından keçirilir. Bütün məhsullar bir-biri nə qatılır. 3 həftə sərin yerdə saxlanılır. Hər gün qarışdırılıb süzülür və sıxılır. Gündə 3 dəfə yeməkdən əvvəl bir çay qaşığı içilir. Zəncəfil, sarıkök, darçın, hərəsindən 50 qram götürülüb , yarım kiloqram balla qarışdırılır. Gündə 3 dəfə bir çay qaşığı yeməkdən əvvəl yeyilir"- deyə bildirib.

Fitoterapevt əlavə edib ki, yemişan meyvəsinin çayı da xolesterini azaldır. Bir çay qaşığı 1 stəkan su ilə dəmlənib yeməkdən əvvəl içilir.

Aysel Yaqubqızı / Metbuat.az

90 nəfər oftalmoloji müayinə olunub - SƏHİYYƏ


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR