Yol polisindən sürücülərə XƏBƏRDARLIQ - "4 yol-nəqliyyat hadisəsi baş verib"

“Hava şəraitiylə əlaqədar yol polisi gücləndirilmiş iş rejimində çalışır”.

Bu sözləri Metbuat.az-a açıqlamasında Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov bildirib.

Onun sözlərinə görə, polis əməkdaşları tərəfindən enişli-yoxuşlu, sərt döngələr, yol ayrıcı və birləşmələri nəzarətə götürülüb, nizamlayıcı qismində xidmət göstərilir:

“Lakin təhlükəsizliyin tam təmin edilməsi sürücülərdən asılıdır. Belə hava şəraitində şəxsi avtomobildən mümkün qədər imtina edilməli, ictimai nəqliyyata üstünlük verilməlidir. Belə hava şəraitində nəqliyyat vasitələrini idarə edən şəxslər peşəkar sürücülərin hərəkətinə şərait yaratmalıdır. Yol və metroloji şərait sürücülər tərəfindən düzgün nəzərə alınmadığı üçün gün ərzində cüzi maddi zərərlə də olsa, 4 yol-nəqliyyat hadisəsi baş verib.

Eyni zamanda, yol-nəqliyyat hadisələrinin baş verməməsi üçün sürücülər mütləq tələblərə uyğun hərəkət etməlidir. Sürət həddi minimuma endirilməli, ara məsafəsi normadan artıq saxlanılmalı, avtomobillərin hərəkətə gətirilməsi və dayandırılması sürətlər qutusunun hesabına aparılmalıdır. Hava şəraitindən asılı olmayaraq, dövlət nömrə nişanlarının təmiz saxlanılması və görünməsini sürücülər təmin etməlidir. Bütövlükdə hərəkət qanunvericilikdə göstərilən tələblər üzrə aparılmalıdır. Bu tələblər yol hərəkəti iştirakçıları tərəfindən yerinə yetirilməlidir”.

Qeyd edək ki, 17 yanvar saat 17:00-a olan məlumata əsasən, Bakıda və Abşeron yarımadasının bəzi yerlərində şimal-qərb küləyinin maksimal sürəti Pirallahıda 30 m/s, Baki, Sumqayıt, Maştağa, Biləcəridə 40 m/s-dək şiddətlənib.

Dalğanın maksimal hündürlüyü açıq dənizdə 7,9 metr təşkil edir. Ölkə ərazisində yağıntılı hava şəraiti müşahidə olunur, dağlıq və dağətəyi rayonlarda qar yağır. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 2 dərəcə isti təşkil edir.

Xəyalə Məmmədova / METBUAT.AZ

Mətbuat Şurası bu saytları TƏNQİD ETDİ - "Ailə münaqişələrinin nə qədər informasiya yükü var?!"


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR