Bakıda kafe, Göyçayda ferma yanıb

Bakı şəhərinin Suraxanı rayonunda yanğın hadisəsi qeydə alınıb.

Metbuat.az FHN-ə istinadən xəbər verir ki, ümumi sahəsi 100 m² olan birmərtəbəli tikilinin (kafe kimi fəaliyyət göstərir) yanar konstruksiyaları 60 m² sahədə yanıb. Tikilinin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Göyçay rayonunun Potu kəndində isə ümumi sahəsi 900 m² olan tikilinin (ferma kimi fəaliyyət göstərir) dam örtüyünün yanar konstruksiyaları 200 m² sahədə və içərisinə yığılmış 9 ton ot bağlaması yanıb. Tikilinin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Bu adama nə ad vermək olar? - Oxumaq üçün tıkla


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR