ABŞ Venesuelanın ultimatumuna CAVAB VERDİ

ABŞ Venesuelanın ultimatumuna CAVAB VERDİ
10:53 24 Yanvar 2019
32 Digər
Ölkə mətbuatı
A- A+

Vaşinqton Nukolas Maduronu Venesuelanın legitim prezidenti olaraq görmür və buna görə də amerikalı diplomatların ölkədən çıxması barədə ultimatum yerinə yetirilməyəcək.

Publika.az xarici mediaya istinadən xəbər verir ki, bu haqda ABŞ-ın dövlət katibi Maykl Pompeo bildirib.

ABŞ-ın müxalifət lideri Juan Quaydonu müvəqqəti prezident kimi tanıdığını deyən dövlət katibi onun müvəqqəti hökumət qurması və konstitusion vəzifələrini yerinə yetirməsi, həmçinin ABŞ və digər ölkələrlə olan diplomatik statuslarının müəyyən olunması üçün dəstək verməyə hazır olduğunu deyib.

“ABŞ Venesuela ilə diplomatik əlaqələrini davam etdirəcək və bu əlaqələri müvəqqəti prezident Juan Quaydonu hökuməti üzərindən təmin edəcək. Köhnə prezident Nikolas Maduro rejiminin ABŞ ilə diplomatik əlaqələri kəsmə və diplomatlarımızı arzuolunmaz şəxs elan etmə hüququnun olduğunu düşünmürük”, - Dövlət Departamentinin başçısı əlavə edib.

Qeyd edək ki, ötən gün Venesuela prezidenti Nikolas Maduro ABŞ-la bütün diplomatik əlaqələri kəsdiklərini bəyan edib. Ölkə başçısı amerikalı diplomatlara Venesuelanı tərk etmək üçün 72 saat vaxt verib.

Xatırladaq ki, vəziyyətin bu həddə çatmasına ABŞ prezidenti Donald Trampın müxalifət lideri Juan Quaydonu müvəqqəti prezident kimi tanıması səbəb olub. Venesuela parlamentinin spikeri və müxalifət lideri Juan Quaydo özünü ölkənin müvəqqəti prezidenti elan edib və and içib.

O bildirib ki, silahlı qüvvələrin dəstəyi ilə dövlət başçısının vəzifələrini icra etməyə hazırdır.

Ömər


Xəbərin orijinal ünvanı: https://publika.az/news/abs/267270.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR