Karakasda yenidən partlayışlarla müşayiət olunan toqquşmalar başladı - 218 nəfər həbs edilib - VİDEO
Paylaş
54 baxış·1 dəq oxu
Venesuela paytaxtı Karakasda güclü partlayışlarla müşayiət olunan zorakı toqquşmalar baş verib.Milli.Az report-a istinadən bildirir ki, bu barədə Venesuelanın TVV telekanalı "Twitter"də məlumat verib."Petare bölgəsində güclü partlayışlar və körpüdə toqquşmalar olub", - telekanalın məlumatında deyilir.Bir sıra KİV qumbara və gözyaşardıcı qazlı bombalar partladıldığını yazıb.Son günlərdə baş verən etirazlar zamanı 218 nəfər həbs edilib, azı 16 nəfər ölüb.Məlumata görə, yanvarın 21-də 9, ayın 22-də 34, bir gün sonra isə 175 nəfər həbs olunub.Qeyd edək ki, Venesuela parlamentinin sədri və müxalifət lideri Xuan Quaydo çərşənbə günü Karakasda keçirilən mitinq zamanı dövlət başçısı vəzifəsini icra etdiyini açıqlayıb.Milli.AzVideonu izləmək üçün şəklə klikləyin: